ABŞ-ın Azərbaycandakı yeni səfiri Metyu Brayzanın bu ay Bakıya gələrək vəzifəsinin icrasına başlayacağı gözlənilir

ABŞ-ın Azərbaycandakı yeni səfiri Metyu Brayzanın bu ay Bakıya gələrək vəzifəsinin icrasına başlayacağı gözlənilir
# 04 yanvar 2011 08:23 (UTC +04:00)
APA-nın Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibinin köməkçisi Filipp Krouli deyib. O, səfirlərin böyük ehtimalla bu ay vəzifələrinin icrasına başlayacaqlarını açıqlayıb: “Yeni təyin olunmuş səfirlər Robert Ford, Metyu Brayza, Frank Rikkardone və Norma Eyzenin and içib-içmədiklərini bilmirəm. Lakin hesab edirəm ki, səfirlər təyin olunduqları ölkələrə yola düşməzdən əvvəl Dövlət Departamentində onlarla məsləhətləşmələr keçiriləcək”.

Xatırladaq ki, 2010-cu il dekabrın 30-da ABŞ prezidenti Barak Obama Konqresin tətildə olduğu bir vaxtda səlahiyyətlərindən istifadə edərək Azərbaycan da daxil olmaqla 6 ölkəyə səfir təyin edib. Prezidentin sərəncamına əsasən səfirlər Senatın təsdiqinə ehtiyac qalmadan vəzifələrinin icrasına başlaya biləcəklər. Lakin Senat Konqresin növbəti sessiyasının sonuna qədər (2011-ci ilin noyabr-dekabr ayları) səfirləri təsdiqləməsə, prezidentin sərəncamı öz qüvvəsini itirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR