ABŞ-ın Nevada ştatının qubernatoru martın 31-ni azərbaycanlıları anım günü elan edib

ABŞ-ın Nevada ştatının qubernatoru martın 31-ni azərbaycanlıları anım günü elan edib
# 04 yanvar 2011 11:10 (UTC +04:00)
Azərbaycanlı jurnalist Dilşad Əliyarlının APA-ya verdiyi məlumata görə, artıq ikinci dəfədir ki, Nevada ştatının qubernatoru martın 31-ni 1918-ci ildə kütləvi şəkildə qətlə yetirilmiş azərbaycanlıların anım günü kimi tanıyır. İlk dəfə Nevada qubernatorunun 2009-cu ildə verdiyi sərəncamla 31 mart azərbaycanlıları rəsmi anım günü elan edilib.

Nevada ştatının qubernatorunun sərəncamı martın 31-ni azərbaycanlıların milli faciəsi kimi Azərbaycanın hüdudlarından kənarda tanıyan ilk rəsmi sənədlərdən biridir.

Sənəddə Bakı və digər şəhərlərdə on minlərlə dinc azərbaycanlının qətlə yetirildiyi qeyd edilir. Qubernatorun sərəncamında Birləşmiş Ştatlar və Amerika vətəndaşlarının Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyi göstərilir.

Sənədin qəbul edilməsi ABŞ-da yaşayan azərbaycanlıların səyləri nəticəsində mümkün olub. Amerikada yaşayan azərbaycanlıların Amerika-Azərbaycan Cəmiyyəti (USAN) sərəncamı dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR