Litva prezidenti və xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri bu il Azərbaycana səfər edəcəklər

Litva prezidenti və xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri bu il Azərbaycana səfər edəcəklər
# 05 yanvar 2011 09:21 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Litva prezidentinin mətbuat katibi Linas Balsis bildirib.
“Dondurulmuş” münaqişələrin nizamlanması proseslərinin Litvanın ATƏT-ə sədrliyi dövrində prioritet olacağını xatırladan L. Balsis deyib ki, “Prezident və xarici işlər nazirinin Qafqaz regionuna və digər qaynar nöqtələrə səfərləri nəzərdə tutulub. Oradakı vəziyyəti öyrənmək, araşdırmaq və ümumilikdə ATƏT üçün həllini tapmaq lazımdır”.
Xatırladaq ki, yanvarın 3-də xanım Dalya Qribauskayte və Audronyus Ajubalis ölkənin ATƏT-dəki prioritetlərini müzakirə ediblər. D. Qribauskayte bəyan edib ki, Litva təşkilata sədrliyi dövründə “dondurulmuş” münaqişələrin həllində tərəqqiyə nail olmaq, yeni təhlükələr, o cümlədən enerji izolyasiyası və kibernetik təhlükələrlə mübarizədə əməkdaşlığı möhkəmləndirməyə çalışacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR