Vaşinqtonda “Azərbaycan müstəqillikdən sonra” mövzusunda tədbir keçiriləcək

Vaşinqtonda “Azərbaycan müstəqillikdən sonra” mövzusunda tədbir keçiriləcək
# 07 yanvar 2011 08:30 (UTC +04:00)
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, “Azərbaycan müstəqillikdən sonra” mövzusunda tədbir yanvarın 13-də Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunda keçiriləcək.

“Mərkəzi Asiya və Qafqaz İnstitutunun və İpək Yolu Tədqiqat Proqramı Mərkəzinin elmi araşdırmalar üzrə direktoru Svante Kornell Azərbaycanla bağlı kitab yazıb. Tədbirdə Kornelin bir ay bundan əvvəl nəşr olunmuş “Azərbaycan müstəqillikdən sonra” kitabı ətrafında müzakirələr aparılacaq”. Bu fikirlər tədbirin təşkilatçılarından birinə məxsusdur.

“Cənab Kornell Azərbaycanın açıq siyasi sistem yaratmaq, şiə müsəlmanlarının çoxluq təşkil etdiyi cəmiyyətdə dünyəvi dövləti qoruyub saxlamaq, Qarabağ problemini həll etmək və enerji məsələlərinin öhdəsindən gəlməklə bağlı perspektivlərindən danışacaq”.

Svante Kornell Azərbaycanın əvvəlki tarixinə nəzərə salaraq yeni dövlətin yaradılması, onun institutlarının transformasiyası və Azərbaycanın əsas enerji mənbəyi və nəqliyyat mərkəzi kimi yenidən qurulması ilə nəticələnən kompleks hadisələrə diqqətini yönəldəcək.

Tədbirdə Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri Frederik Starr da iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR