Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Küveyt Hökumətlərarası Komissiyasının birinci iclasında iştirak etmək üçün Küveytə yola düşüb

Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Küveyt Hökumətlərarası Komissiyasının birinci iclasında iştirak etmək üçün Küveytə yola düşüb
# 10 yanvar 2011 08:19 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iki günlük səfər çərçivəsində nazir E. Məmmədyarovun Azərbaycan-Küveyt Hökumətlərarası Komissiyasının birinci iclasında iştirakı ilə yanaşı, Küveyt Dövlətinin Vəliəhdi, Əlahəzrət Şeyx Nəvvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabah və Küveyt Dövlətinin Baş Naziri Əlahəzrət Şeyx Nasser Əl-Məhəmməd Əl-Əhməd Əl-Cabir Əl-Sabah ilə görüşü nəzərdə tutulub.

Bununla yanaşı, Azərbaycan-Küveyt Hökumətlərarası Komissiyasının birinci iclasının yekunlarına dair birgə mətbuat konfransının keçirilməsi və nazir E. Məmmədyarovun Küveytin “Ər-Ray” qəzetinə, “Sabah” televiziya kanalına müsahibə verməsi planlaşdırılıb.

Nümayəndə heyəti yanvarın 11-də Vətənə dönəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR