Litva prezidenti və xarici işlər nazirinin Azərbaycana səfərlərinin vaxtı açıqlanıb

Litva prezidenti və xarici işlər nazirinin Azərbaycana səfərlərinin vaxtı açıqlanıb
# 10 yanvar 2011 11:50 (UTC +04:00)
Bu barədə APA-ya Litvanın Azərbaycandakı səfiri Kyastutis Kudzmanas məlumat verib. Səfirin sözlərinə görə, prezident öz illik fəaliyyət qrafikinə Azərbaycana səfəri də daxil edib: “Prezident Azərbaycanla daha yaxından tanış olmaq və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesində tərəqqini sürətləndirmək yollarını axtarmaqdır. Səfər mayda gerçəkləşəcək”.

Martın ilk həftəsində isə ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis Azərbaycana gələcək. ATƏT sədri Azərbaycanla yanaşı, Gürcüstan və Ermənistana də gedəcək. Bu, Litva xarici işlər nazirinin ATƏT sədri qismində ilk səfəridir. Səfər çərçivəsində ATƏT çərçivəsində əməkdaşlıq və ikitərəfli münasibətlər müzakirə olunacaq.

Fevralın 14-16-da isə ATƏT sədrinin həlli uzadılmış münaqişələr üzrə xüsusi nümayəndəsi Qedryus Çyakuolis Azərbaycana gələcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR