Azərbaycan prezidenti İlham Əliyev İran prezidentinə başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev İran prezidentinə başsağlığı verib
# 10 yanvar 2011 16:57 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev İranda baş verən və çoxlu sayda insanın ölümünə səbəb olan təyyarə qəzası ilə əlaqədar bu ölkənin prezidenti Mahmud Əhmədinejada başsağlığı məktubu göndərib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda deyilir: “Hörmətli cənab Prezident, Urmiyə şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR