Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfərinin proqramına dəyişiklik edilib

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfərinin proqramına dəyişiklik edilib
# 11 yanvar 2011 10:15 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfərinin proqramına dəyişiklik edilib. Avropa Komissiyası prezidentinin spikeri Maykl Karniçnikin APA-ya verdiyi məlumata görə, Joze Manuel Barrozonun bölgəyə səfəri Azərbaycandan başlayacaq. Ölkəmizə yanvarın 13-də gələcək Barrozo günorta saatlarında prezident İlham Əliyevlə görüşəcək Görüş zamanı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin bütün spektrləri, o cümlədən energetika məsələləri müzakirə olunacaq. Səfər zamanı bir sıra sənədlərin imzalanması gözlənilir. Maykl Karniçnik hansı sənədlərin imzalanacağını deməyib və bunu hələlik sənədlərlə bağlı danışıqların davam etməsi ilə əsaslandırıb.

Joze Manuel Barrozo yanvarın 14-də baş nazir Artur Rəsizadə ilə görüşəcək, daha sonra Azərbaycan universitetlərindən birində Azərbaycan-Avropa İttifaqı münasibətləri mövzusunda mühazirə söyləyəcək. Avropa Komissiyasının prezidenti yanvarın 14-də Azərbaycandan Türkmənistana yola düşəcək. Xatırladaq ki, bundan əvvəlki səfər proqramına əsasən, Joze Manuel Barrozonun ilk öncə Türkmənistana, daha sonra Azərbaycana səfər etməsi nəzərdə tutulurdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR