Azərbaycanla Küveyt arasında üç sənəd imzalanıb

Azərbaycanla Küveyt arasında üç sənəd imzalanıb
# 11 yanvar 2011 11:24 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda siyasi və diplomatik, iqtisadiyyat və ticarət, investisiya və maliyyə, sənaye və energetika, hərbi, ali təhsil və elmi tədqiqatlar, nəqliyyat, rabitə və informasiya texnologiyaları, turizm, informasiya və mədəniyyət, səhiyyə və ekologiya, gənclərlə iş və idman sahələrində Azərbaycanla Küveyt arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Tərəflər iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər. Küveyt tərəfi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. İslam Konfransı Təşkilatının (İKT) Zirvə Görüşünün 2014-cü ildə Bakıda keçirilməsi ilə bağlı Azərbaycanın təklifi Küveyt tərəfindən alqışlanıb və Azərbaycanın 2013-cü il üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəkləyəcəyini bildirilib.

İclasın sonunda Azərbaycanla Küveyt arasında aşağıdakı sənədlər imzalanıb:

1. Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın birinci iclasının Protokolu;

2. Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş;

3. Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında diplomatik/xüsusi pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında Saziş.

Tərəflər əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə qarşılıqlı maraq doğuran müxtəlif mövzular ətrafında məsləhətləşmələr və müzakirələrin aparılmasının davam etdirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, iclasda Azərbaycan və Küveyt nümayəndə heyətlərinə xarici işlər nazirləri Elmar Məmmədyarov və Şeyx Məhəmməd əl-Sabah rəhbərlik ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR