Azərbaycan prezidenti Bosniya və Herseqovina xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti Bosniya və Herseqovina xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
# 12 yanvar 2011 15:53 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev yanvarın 12-də Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, ikitərəfli münasibətləri genişləndirməyin zəruriliyini vurğulayan prezident İ. Əliyev bu əlaqələrin inkişaf etdirilməsində Azərbaycanın maraqlı olduğunu deyib. Dövlət başçısı Azərbaycanla Bosniya və Herseqovinanın dost ölkələr olduğunu, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün də yaxşı imkanlar yarandığını bildirib.

Öz növbəsində, S. Alkalay Azərbaycanla Bosniya və Herseqovina arasında əlaqələri təkcə ikitərəfli müstəvidə deyil, eləcə də ölkələrimizin üzv olduğu beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirməyin vacibliyini bildirib. İki ölkə arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu bildirən nazir ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR