Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib – YENİLƏNİB

Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib – <font color=red>YENİLƏNİB </font>
# 13 yanvar 2011 06:57 (UTC +04:00)
APA-nın Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, yeni səfir Peter Beytmandır (Peter Bateman). O, bu vəzifədə hazırkı səfir, xanım Karolin Braunu (Carolyn Browne) əvəzləyəcək. K. Braun isə yeni xidməti vəzifəyə keçəcək.

P. Beytman bu ilin sentyabrında vəzifəsinin icrasına başlayacaq. O, Azərbaycana səfir təyin olunmasından şərəf duyduğunu açıqlayıb: “Böyük Britaniya və Azərbaycan müxtəlif sahələrdə sıx tərəfdaşlıq edir və mən bu tərəfdaşlığın güclənməsinə töhfə verməyi səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, P. Beytman 2007-ci ildən ölkəsinin Lüksemburqda səfiri olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR