ATƏT-in fəaliyyətdə olan sədri: “ATƏT bölgəsində mövcud olan münaqişələrin dinc və razılaşdırılmış şəkildə həlli bizim vəzifəmizdir”

ATƏT-in fəaliyyətdə olan sədri: “ATƏT bölgəsində mövcud olan münaqişələrin dinc və razılaşdırılmış şəkildə həlli bizim vəzifəmizdir”
# 13 yanvar 2011 12:05 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu ATƏT Daimi Şurasının iclasında inauqurasiya nitqi ilə çıxış edən Litvanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalis deyib. O bildirib ki, həll olunmamış münaqişələr məsələsi Litvanın sədrliyi dövründə prioritetlərdən biri olacaq: “Bu, təkcə sədrliyin deyil, hamımızın məsələsidir. ATƏT bölgəsində mövcud olan münaqişələrin dinc və razılaşdırılmış şəkildə həlli bizim vəzifəmizdir”.

A. Ajubalis Daimi Şuraya 2011-ci il üçün iş proqramını da təqdim edib. Prioritetlər sırasında münaqişələrin həlli ilə yanaşı, KİV azadlığının inkişafı, təhsil yolu ilə dözümlülüyün təşviq edilməsi, enerji təhlükəsizliyi sahəsində ümumi prinsiplərin inkişafı məsələləri də var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR