Sergey Lavrov: “Beynəlxalq tərəfdaşlarımızın dəstəyinə arxalanaraq bu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini ötən ilə nisbətən bir qədər də irəli aparmağa çalışırıq”

Sergey Lavrov: “Beynəlxalq tərəfdaşlarımızın dəstəyinə arxalanaraq bu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini ötən ilə nisbətən bir qədər də irəli aparmağa çalışırıq”
# 13 yanvar 2011 12:05 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Beynəlxalq tribunalardan nümayişkaranə polemika ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə mane olmaq lazım deyil”. APA-nın məlumatına görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında söyləyib. O bildirib ki, bu mərhələdə ən əsas məsələ prosesə mane olmamaqdır: “Çünki BMT və ATƏT kimi təşkilatların tribunaları bu işə cəlb olunan kimi, məsələ işgüzar müzakirələrdən nümayişkaranə polemikaya çevrilir. İstənilən mövzunun müzakirəsi zamanı hadisələrin bu cür kəskin dəyişməsi mövqelərin yaxınlaşmasına kömək etmir, yalnız məsələyə yanaşmaların kəskinləşməsinə, tərəflər arasında əksliklərə səbəb olur. İndiyə kimi bu kimi sindromları dəf etmək mümkün olub. Əsasən də ortaq nöqtələrin tapılmasına yardım edən atmosfer formalaşdırmaq üçün Azərbaycan və Ermənistan prezidentlərinə kömək edən bizim prezidentimizin sayəsində. Rusiya bu istiqamətdə öz səylərini davam etdirəcək. Biz bu cəhdlər barədə mütəmadi olaraq Vaşinqton və Parisdəki tərəfdaşlarımızı məlumatlandırırıq. Beynəlxalq tərəfdaşlarımız Rusiyanın nizamlanma çərçivəsində fəaliyyətini dəstəkləyirlər. Bu dəstəyə arxalanaraq, bu il prosesi ötən ilə nisbətən bir qədər də irəli aparmağa çalışırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR