Azərbaycan və Avropa İttifaqı arasında sənədlərin imzalanması mərasimi keçirilib - YENİLƏNİB

Azərbaycan və Avropa İttifaqı arasında sənədlərin imzalanması mərasimi keçirilib - <font color=red> YENİLƏNİB</font>
# 13 yanvar 2011 16:50 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin indiki vəziyyəti və perspektivləri, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri geniş müzakirə olunub.

Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdən sonra Azərbaycan-Avropa İttifaqı sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozo “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə” imzalayıblar.

Bundan başqa, “Azərbaycan Respublikası və Avropa Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair Anlaşma memorandumu” və “Azərbaycan Respublikası və Avropa Komissiyası arasında hərtərəfli institusional quruculuq proqramının çərçivə sənədi üzrə Anlaşma memorandumu” imzalanıb.

Memorandumları Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri Emin Eyyubov və Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR