Kaliforniyanın Stanford Universitetində Azərbaycana həsr olunmuş seminar keçirilib

Kaliforniyanın Stanford Universitetində Azərbaycana həsr olunmuş seminar keçirilib
# 14 yanvar 2011 11:10 (UTC +04:00)
Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğundan APA-ya verilən məlumata görə, regiondakı duruma dair müzakirələrdə universitetin professoru Qeyl Lapidus və baş konsul Elin Süleymanov iştirak ediblər. Professor Lapidus çıxışında Azərbaycanı ABŞ-ın milli maraqları zəminindən mühüm ölkə adlandırıb və Vaşinqtonun Cənubi Qafqaza lazımi qədər diqqət ayırmamasından təəssüfləndiyini bildirib. Baş konsul Elin Süleymanov iştirakçılara Azərbaycan dövlətçiliyi, müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda qurulması barədə məlumat verib. İştirakçıların diqqəti Azərbaycanda mövcud olan açıq cəmiyyət və tolerantlığa yönəldilib. Diplomat çıxışında 20 yanvar hadisələrinə, ABŞ-ın regiona nəzərə yürütdüyü siyasətə, Azərbaycanın enerji siyasətinə də toxunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR