Prezident İlham Əliyevin səfəri çərçivəsində Latviya-Azərbaycan biznes forumu keçiriləcək

Prezident İlham Əliyevin səfəri çərçivəsində Latviya-Azərbaycan biznes forumu keçiriləcək
# 17 yanvar 2011 08:33 (UTC +04:00)
APA-nın «nasha.lv» saytına istinadən verdiyi məlumata görə, görüşün yekununda bir sıra sənədlərin imzalanması mərasimi keçiriləcək. Günün ikinci yarısında isə prezidentlər Latviya-Azərbaycan biznes-forumunun açılışa qatılacaqlar.

Azərbaycanı biznes-forumda səhiyyə, qida sənayesi, inşaat, turizm, tekstil, mebel, neft sənayesi, maliyyə, nəqliyyat, alternativ enerji ehtiyatları, informasiya texnologiyaları, logistika və s. sahələri təmsil edən 56 iş adamı təmsil edir. Latviya tərəfdən isə biznes-forumda 100-dən artıq iş adamı iştirak edəcək. Onlar qida sənayesi, kimya, əczaçılıq, tekstil, kosmetika sənayesi, energetika, informasiya texnologiyaları və telekommunikasiya, səhiyyə, turizm, təhsil sahələrini təmsil edirlər. Biznes-forumda maliyyə sektoru, logistika və inşaat geniş təmsil olunacaq.

Qeyd edək ki, Azərbaycan prezidentinin səfəri cavab xarakteri daşıyır. 2005-ci ilin oktyabrında keçmiş prezident Vayra Vike-Freyberqa, 2009-cu il avqustun 10-12-də isə hazırkı prezident Valdis Zatlers Azərbaycanda rəsmi səfərdə olublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR