Türkiyənin Qars bələdiyyəsi: Türk-erməni dostluğunun simvolu kimi ucaldılmış abidənin sökülməsi üçün rəsmi yazışmalar aparılır

Türkiyənin Qars bələdiyyəsi: Türk-erməni dostluğunun simvolu kimi ucaldılmış abidənin sökülməsi üçün rəsmi yazışmalar aparılır
# 17 yanvar 2011 09:41 (UTC +04:00)
Bu barədə APA-ya Qars Bələdiyyəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Özləm Öztürk məlumat verib. O, yazışmalara texniki sahənin də aid olduğunu deyib: “Məsələn, mütəxəssislərdən işin texniki tərəfi öyrənilir ki, necə, hansı formada söküləcək. Yazışma işləri təxminən bir aya yekunlaşar. Yəni təxminən bir aya qədər abidə söküləcək”.

Ö. Öztürk abidənin sökülməsi ilə bağlı rəsmi qərar çıxarıldığını deyərək bunun əksi ehtimalının olmadığını vurğulayıb: “Sökülməmə ehtimalı yoxdur”.

“Əgər bu abidə söküləcəkdisə niyə iki il əvvəl tikilirdi?” sualına isə şöbə müdiri belə cavab verib: “Abidə ucaldılarkən Ankaradan rəsmi icazə alınmamışdı”.

Xatırladaq ki, “İnsanlıq abidəsi” adlanan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan abidənin tikintisinə 2008-ci ildə başlanılıb. Abidə ucaldılsa da, tikintisi tam yekunlaşmayıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qarsa səfəri zamanı bələdiyyə başqanı və digər rəsmilərlə görüşündə deyib ki, tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililər sökülməlidir. O, məlum abidənin eybəcər olduğunu bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR