BMT Baş Assambleyasının 65-ci sessiyasının sədri gələcək prioritetləri açıqlayıb

BMT Baş Assambleyasının 65-ci sessiyasının sədri gələcək prioritetləri açıqlayıb
# 18 yanvar 2011 07:12 (UTC +04:00)
APA-nın Kiprə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, sədr sessiya ərzində 74 plenar iclasın keçirildiyini və 263 qətnamə qəbul olunduğunu deyib. Yozef Dayss bildirib ki, indiki sessiyanın prioritetləri BMT baş katibinin açıqladığı səkkiz prioritetlə üst-üstə düşür. Bunlar davamlı inkişaf, daha təhlükəsiz dünyanın yaradılması, humanitar böhranların həlli, insan haqlarının müdafiəsi və məsuliyyətin təminatı, silahların ixtisarı, qadın hüquq və imkanlarının genişləndirilməsi, BMT-nin qurum olaraq möhkəmləndirilməsidir.

Sədr bildirib ki, fevralın 9-da Baş Assambleya təbii fəlakətlərin nəticələrinə həsr olunmuş tematik debatlar keçiriləcək, mayın 19-da isə beynəlxalq miqrasiyanın və inkişafın qarşılıqlı asılılığı məsələsi müzakirə olunacaq. İyunun 8-10-da AİDS/HİV-ə həsr olunmuş iclasın keçirilməsi nəzərdə tutulur. BMT Baş Assambleyası öz işini sentyabrda başa vuracaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR