Azərbaycan prezidenti Gürcüstanın xarici işlər nazirini qəbul edib

Azərbaycan prezidenti Gürcüstanın xarici işlər nazirini qəbul edib
# 18 yanvar 2011 16:52 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xarici işlər naziri Qriqol Vaşadze Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarını dövlətimizin başçısına çatdırıb. Görüşdə ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişaf etdiyi vurğulanıb, Azərbaycan ilə Gürcüstanın enerji layihələrində uğurlu əməkdaşlıq həyata keçirdiyi qeyd olunub. Söhbət zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlət başçısı Prezident Mixeil Saakaşvilinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstan dövlətinin başçısına çatdırmağı xahiş edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR