Azərbaycanın Kanadadakı səfiri Ontario əyalətinin Sadberi şəhərində olub - FOTO

Azərbaycanın Kanadadakı səfiri Ontario əyalətinin Sadberi şəhərində olub - <font color=red>FOTO</font>
# 19 yanvar 2011 07:25 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın Kanadadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev Ontario əyalətinin Sadberi şəhərinə səfər edib. Səfirlikdən APA-ya verilən məlumata görə, səfirin Sadberinin meri Marianne Matichuk ilə görüşündə Azərbaycan və Kanada arasında ikitərəfli münasibətlərin inkişafı məsələləri, xüsusilə Sadberinin dağ-mədən sənayesinin təcrübəsinin öyrənilməsi və bu sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.
Sadberiyə səfəri zamanı F. Şəfiyevin Sadberidən Kanada Parlamentinin İcmalar Palatasına seçilmiş deputatı Glenn Thibeault ilə keçirdiyi görüşdə ikitərəfli parlament əlaqələri, həmçinin siyasi, iqtisadi, humanitar məsələlərin müzakirəsi diqqət mərkəzində olub.
Səfir Sadberinin dağ-mədən sənayesi ilə də tanış olub.
Bundan başqa, F.Şəfiyev Kanada Yayım Şirkətinin (Canadian Broadcasting Company) şimal bürosunun radiosuna müsahibə də verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR