İran Xəzərin hüququ statusuna dair Konvensiyanın gələn il martın sonuna kimi hazır olacağına inanır

İran Xəzərin hüququ statusuna dair Konvensiyanın gələn il martın sonuna kimi hazır olacağına inanır
# 19 yanvar 2011 08:06 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. İran 2012-ci il martın sonuna kimi Xəzərin hüququ statusu ilə bağlı konvensiyanın hazır olacağına inanır. APA-nın məlumatına görə, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyində İran xarici işlər nazirinin müavini Məhəmməd Mehdi Axundzadənin Rusiya xarici işlər nazirinin müavini Serqey Ryabkovla apardığı məsləhətləşmələrin nəticəsini şərh edərək deyiblər.
XİN-dən bildiriblər ki, M. Axundzadə hesab edir ki, 1921-ci və 1940-cı ilin müqavilələri, Xəzərin hüquqi statusu müəyyənləşən zamanı ədalət prinsipinin qorunması bütün Xəzəryanı ölkələr üçün əsas istiqamət olmalıdır. Eyni zamanda qəbul ediləcək qərarlar konsensus formasında həyata keçirilməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR