Azərbaycan Afrika İttifaqı yanında müşahidəçi statusu alıb

Azərbaycan Afrika İttifaqı yanında müşahidəçi statusu alıb
# 19 yanvar 2011 09:24 (UTC +04:00)
Azərbaycanın Misirdəki səfirliyindən APA-ya verilən məlumata görə, etimadnamənin təqdim olunması və Ş. Abdullayevin eyni zamanda Azərbaycanın Afrika İttifaqı yanında daimi nümayəndəsi təyin olunması ilə Azərbaycan Afrika İttifaqı yanında müşahidəçi statusu alıb.

Ş. Abdullayev Azərbaycanın BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində Afrika dövlətlərinin problemlərinə daim şərik çıxdığını və bəşəriyyəti narahat edən qlobal təhlükələrin aradan qaldırılmasında Afrika dövlətləri ilə bənzər mövqedən çıxış etdiyini deyərək Afrika İttifaqı yanında müşahidəçi statusu almaqla Azərbaycanın ümumafrika problemlərini daha yaxından izləmək, bu problemlərin həllinə və aradan qaldırılmasına öz töhfəsini vermək və təşkilata üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli əsasda əlaqələrini daha da inkişaf etdirmək əzmində olduğunu bildirib.

Etimadnamənin təqdim olunması mərasimi və aparılmış müzakirələrdən sonra Afrika İttifaqının binası, Münaqişələrin idarə olunması və Situasiya mərkəzi ilə tanışlıq keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR