Şimali Kipr Türk Cümhuriyyəti Ermənistan prezidentinin çıxışına sərt reaksiya verib

Şimali Kipr Türk Cümhuriyyəti Ermənistan prezidentinin çıxışına sərt reaksiya verib
# 19 yanvar 2011 13:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Şimali Kipr Türk Cümhuriyyəti Ermənistan prezidenti Serj Sərkisyanın yunan Kiprinin parlamentində etdiyi çıxışa sərt reaksiya verib. APA-nın Türkiyənin «Anadolu» agentliyinə istinadən verdiyi məlumata görə, Şimali Kiprin xarici işlər naziri Hüseyn Özgürgün bununla bağlı yazılı açıqlama yayıb.

Şimali Kiprin Türkiyə tərəfindən “işğal” edilməsi ifadəsinə sərt reaksiya verən nazir bildirib ki, bu, Ermənistan prezidentinin Kipr mövzusunda məlumatsızlığından irəli gəlir: “Ana vətənimiz Türkiyənin beynəlxalq razılaşmalardan qaynaqlanan hüquq və öhdəlikləri çərçivəsində reallaşdırdığı 1974-ci il Barış Hərəkatının adaya sülh gətirdiyini və Kiprdəki türk xalqını yox olmaqdan qurtardığını bir daha hörmətli Sarkisyana xatırladırıq. Çox paradoksaldır ki, tarixi və hüquqi gerçəkliklərlə uyğun gəlməyən belə bir şərh Azərbaycanın Dağlıq Qarabağ bölgəsini heç bir beynəlxalq razılaşmaya söykənmədən və beynəlxalq hüququ tamamilə pozaraq illərdir işğal və zəbt edən Ermənistanın dövlət başçısının dilindən səslənir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR