Azərbaycanın Kanadadakı səfiri bu ölkənin Laurentian Universitetində olub

Azərbaycanın Kanadadakı səfiri bu ölkənin Laurentian Universitetində olub
# 19 yanvar 2011 15:27 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın Kanadadakı səfiri F. Şəfiyev Sadberi şəhərindəki Laurentian Universitetində olub. Səfirlikdən APA-ya verilən məlumata görə, diplomat “Azərbaycan: Beynəlxalq hüquq məsələləri” mövzusunda təqdimatla çıxış edib.

F. Şəfiyev çıxışında Azərbaycan haqqında ümumi məlumat verərək Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi aspektləri və Xəzərin hüquqi statusu haqqında danışıb.

Səfirin təqdimatından sonra iştirakçıların sualları əsasında müzakirələr davam etdirilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR