Türkiyə səfirliyi: Baş nazir Ərdoğanın Azərbaycana gözlənilən səfərinin təxirə salındığı barədə məlumatlar əsassızdır

Türkiyə səfirliyi: Baş nazir Ərdoğanın Azərbaycana gözlənilən səfərinin təxirə salındığı barədə məlumatlar əsassızdır
# 19 yanvar 2011 15:51 (UTC +04:00)
APA-nın məlumatına görə, Türkiyənin Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada bildirilir ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk toplantısının keçirilməsi ilə bağlı hazırlıq işləri davam etməkdədir və bu işlər başa çatdıqdan sonra baş nazir Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfər edəcək.

Səfirlikdən o da bildirilib ki, “Azadlıq” qəzetinin bugünkü sayında “Ərdoğan Əliyevin Türkiyədəki ticarətini araşdırır” başlığı ilə dərc olunmuş xəbər də doğru deyil və əsassızdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR