Avropa Parlamentinin sessiyasında Belarusun hökumət orqanlarına qarşı sanksiyaların tətbiqi barədə qətnamə qəbul olunub

Avropa Parlamentinin sessiyasında Belarusun hökumət orqanlarına qarşı sanksiyaların tətbiqi barədə qətnamə qəbul olunub
# 20 yanvar 2011 13:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Avropa Parlamentinin (AP) sessiyasında Belarus rəhbərliyinə qarşı təxirəsalınmaz sanksiyaların tətbiqi barədə qətnamə qəbul olunub. APA-nın “RİA-Novostiyə” istinadən verdiyi məlumata görə, qətnamədə Avropa İttifaqı vizaların verilməsi, o cümlədən Belarusun hökumət orqanlarına – məhkəmə və təhlükəsizlik qurumlarına maliyyə yardımının edilməsinin dayandırılmasına çağırılıb. AP üzvlərinin qənaətinə görə, məhz bu dövlət qurumları Belarus prezidentliyinə keçirilən sonuncu seçkisində səslərin sayılmasında saxtakarlığa yol verilməsində və seçkilərin qanuniləşdirilməsində məsuliyyət daşıyırlar. Qeyd olunub ki, tətbiq olunacaq bu sanksiyalar həmin ölkədə siyasi məhbuslar azad olunana, müxalifət partiyaları rəhbərləri sərbəst buraxılana və təzyiqlər dayandırılana qədər davam etdirilməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR