Azərbaycanla ABŞ arasında təhlükəsizlik məsələlərinə dair məsləhətləşmələr təxirə salınıb

Azərbaycanla ABŞ arasında təhlükəsizlik məsələlərinə dair məsləhətləşmələr təxirə salınıb
# 21 yanvar 2011 11:50 (UTC +04:00)
Bu barədə APA-nın sualını cavablandıran Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov bildirib. Onun sözlərinə görə, məsləhətləşmələrin yeni tarixi diplomatik kanallarla razılaşdırılacaq.

Xatırladaq ki, Azərbaycanla ABŞ arasında bu tip məsləhətləşmələr ildə bir dəfə keçirilir.

Məsləhətləşmələrə qatılacaq Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Araz Əzimov, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin hərbi-siyasi məsələlər üzrə müavini Endrü Şapiro rəhbərlik edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR