Avropa Parlamentinin vitse-prezidenti 20 Yanvarla bağlı Azərbaycanın Belçikadakı səfirliyinə məktub göndərib

Avropa Parlamentinin vitse-prezidenti 20 Yanvarla bağlı Azərbaycanın Belçikadakı səfirliyinə məktub göndərib
# 22 yanvar 2011 09:23 (UTC +04:00)
APA-nın məlumatına görə, məktubda L. Tokeş 1990-cı ilin 19-20 yanvar tarixlərində sovet qoşunlarının Bakıda dinc müstəqillik hərəkatının qarşısını zorakılıqla almasını və nəticədə günahsız mülki şəxslərin həyatına son qoyulmasını və yüzlərlə insanın yaralanmasını xatırladıb. O, eyni ildə Sovet İttifaqının Baltik ölkələri Latviya və Litvada zorakılığa əl atmasının mülki şəxslərin qətlinə gətirib çıxardığını qeyd edib. Deputat bunun Aİ-də ümumi bir keçmiş kimi bölüşüldüyünü göstərərək bildirib ki, “biz belə hadisələrin gələcəkdə dünyada, bizim regionda və qonşuluqda bir daha baş verməməsini təmin etməliyik”.

Rumıniya vətəndaşı və Transilvaniya bölgəsinin macar icmasının üzvü olaraq həmvətənləri ilə birlikdə sovet totalitar rejiminə qarşı çıxdıqlarını və demokratiyaya aparan yolu qurduqlarını yazan L. Tokeş, zülmə tab gətirmiş və demokratiya uğrunda mübarizə aparmış Azərbaycan xalqının qətiyyət və cəsarətini alqışlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR