Azərbaycan paytaxtında Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin yeni binasının rəsmi açılışı keçirilib - FOTO

Azərbaycan paytaxtında Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin yeni binasının rəsmi açılışı keçirilib - <font color=red>FOTO</font>
# 22 yanvar 2011 11:08 (UTC +04:00)
APA-nın məlumatına görə, mərasimdə çıxış edən Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin mərkəzin fəaliyyətini və maddi-texniki imkanlarını genişləndirməsini Rusiya-Azərbaycan münasibətləri üçün önəmli hadisə adlandırıb. O bildirib ki, hər iki dövlət mədəni, elmi, təhsil sahəsində əlaqələrin inkişafında maraqlıdır. S. Narışkin deyib ki, mərkəz Rusiyanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə tanış olmaq üçün geniş imkanlar yaradır: “Biz Azərbaycanla əlaqələrin inkişafını, o cümlədən humanitar sahədə əlaqələrimizin genişlənməsini çox yüksək qiymətləndiririk”.

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev isə bildirib ki, mərkəzin fəaliyyəti iki ölkə arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir: “Münasibətlərimiz çox dinamik inkişaf edir. Əgər iki ölkənin yüksək səviyyəli nümayəndələri belə mərkəzin açılışı üçün vaxt tapırsa, bu onu göstərir ki, hə iki tərəf əməkdaşlıqda çox maraqlıdır”.

Azərbaycanda rus dilinin qorunduğunu da vurğulayan R. Mehdiyevin sözlərinə görə, rus dili dünya mədəniyyətinə bir pəncərə kimi Azərbaycanda öz mahiyyətini qoruyub saxlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR