Piter Semnebi: “Cəbhədəki hər insident göstərir ki, münaqişənin həlli üçün daha çox cəhd göstərmək lazımdır”

Piter Semnebi: “Cəbhədəki hər insident göstərir ki, münaqişənin həlli üçün daha çox cəhd göstərmək lazımdır”
# 24 yanvar 2011 12:26 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib. P. Semnebi Azərbaycan prezidenti ilə görüşündə bu məsələ, eləcə də Avropa Komissiyasının sədri Joze Manuel Barrozonun Azərbaycana səfəri haqda müzakirə apardıqlarını söyləyib.

Avropa Komissiyasının saytından J. M. Barrozonun Azərbaycanın ərazi bütövlüyünə dəstək xarakterli açıqlamasının hansı səbəblə çıxarıldığı barədə sualı cavablandıran xüsusi nümayəndə deyib ki, bu məsələni böyütmək lazım deyil: “Saytdakı versiya çıxışın ilkin versiyadır. Prezident Barrozo bu versiyaya Azərbaycanın ərazi bütövlüyü haqqında fikirlərini əlavə etməyə qərar verib. Avropa Birliyinin mövqeyi dəyişməzdir. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR