Azərbaycanın Sumqayıt və Türkiyənin Keçiörən bələdiyyəsi qardaşlaşıb

Azərbaycanın Sumqayıt və Türkiyənin Keçiörən bələdiyyəsi qardaşlaşıb
# 24 yanvar 2011 15:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın Sumqayıt şəhər bələdiyyəsi ilə Türkiyənin Keçiörən bələdiyyəsinin qardaşlaşmasına dair protokol imzalanıb. APA-nın Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, protokolu Keçiörən bələdiyyəsinin sədri Mustafa Ak və Sumqayıt şəhər bələdiyyəsinin sədri Əbülfəz Babayev imzalayıblar.

Sənədlərin imzalanma mərasimində bələdiyyələr arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində tədbirlərin həyata keçiriləcəyi bildirilib. Bələdiyyə sədri M. Ak bildirib ki, Keçiörəndə bir meydanın yaradılması nəzərdə tutulur. Həmin meydanda Xocalı şəhidlərinin xatirəsinə bir abidə də ucaldılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR