Azərbaycan Ombudsmanı Piter Semnebini qəbul edib

Azərbaycan Ombudsmanı Piter Semnebini qəbul edib
# 24 yanvar 2011 16:42 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xüsusi nümayəndə Azərbaycanda insan hüquqları sahəsində həyata keçirilən fəaliyyətlə maraqlanıb. Ona Ombudsmanın insan hüquqlarının müdafiəsi və təmin olunması üzrə fəaliyyətlə bağlı geniş məlumat verilib.

P. Semnebi media hüquqlarının müdafiəsi məsələləri, o cümlədən həbsdə olan Eynulla Fətullayevin vəziyyəti ilə maraqlandığını vurğulayıb, bloggerlərin azadlığa buraxılmasını müsbət dəyərləndirib.

E. Süleymanova digər hüquqlarla yanaşı, media hüquqlarının müdafiəsinin, jurnalistlərə qarşı kobud rəftar hallarına yol verilməməsinin Müvəkkil tərəfindən nəzarətdə saxlandığını deyib. Törətdikləri əmələ və müvafiq qanunvericiliyə uyğun, habelə hüquq pozuntusuna yol vermiş KİV nümayəndələrinin tənbeh olunması üzrə dünya təcrübəsində mövcud olan alternativ üsullar və məhkum jurnalistlərin əfvi ilə bağlı vaxtilə Müvəkkilin təkliflər verdiyi, səlahiyyətli orqanlara müraciət etdiyi diqqətə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR