AŞPA-da Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı müzakirələr aparılıb

AŞPA-da Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı müzakirələr aparılıb
# 24 yanvar 2011 20:31 (UTC +04:00)
APA-nın Avropa bürosunun əməkdaşının xəbərinə görə, komitə adından Lüksemburqlu parlamentar xanım Anna Brasserin hazırladığı hesabat ətrafındakı müzakirələrdə Azərbaycanda keçirilmiş parlament seçkilərinin nəticələri müzakirə olunub.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov seçkiləri 7 mindən çox yerli və beynəlxalq müşahidəçilərin izlədiyini deyib: “Seçkiöncəsi müşahidələr də seçki prosesini daha yaxşı anlamaq üçün çox vacibdir. Bildiyiniz kimi bu seçkilərlə bağlı AŞ PA, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Parlamenti birgə bəyanat qəbul etdilər. Bu sənəddə imza atan təşkilatlar Azərbaycanın gələcəyi naminə ölkəmizlə əməkdaşlıqlarını davam etdirəcəkləri qeyd ediblər. Bu çox mühüm bir məsələdir. Çox təəssüf ki, bir qrup ayrı adamlar seçkilərin belə sakit bir şəraitdə keçdiyini nəzərə almaq istəmirlər. Onlar ölkədəki bütün siyasi partiyalarının iştirakını lazımi şəkildə qiymətləndirmədilər. Biz demək olar ki, bütün namizədlərə ölkənin İctimai Televiziyasında efir vaxtı ayırdıq. Onlar bu seçkilərlə bağlı beynəlxalq təşkilatların məqbul sayılan rəylərini də qəbul etmək istəmədilər və bizi tənqid və şantaj atəşinə tutdular. Özü də ki, tək hakim partiyanı deyil, eyni zamanda bunu beynəlxalq müşahidəçilərə qarşı da etdilər. Bu baxımdan, mən bir daha AŞPA-ya və onun üzvlərinə öz təşəkkürümü bildirmək istərdim. Çünki seçkilərdə iştirak etmiş AŞPA üzvləri onların ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan olan həmkarlarından fərqli olaraq vəziyyətin daha da real tərəfini əks etdirdilər. Bu baxımdan, hesab edirəm ki, bu seçkilər birmənalı olaraq irəliyə atılan addımdır. Eyni zamanda, biz bu təşkilatın məsləhət və tövsiyələrini dinləməyə və əməkdaşlıq etməyə də hazırıq”.

Mövzu ətrafında çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov AŞ-dan Azərbaycandakı son parlament seçkilərində müşahidəçi olaraq iştirak etmiş bütün həmkarlarına minnətdarlığını bildirib. O, bu müşahidəçiliyi Azərbaycan xalqı və dövlətinə demokratiya yolunda daha bir addım irəliyə getmək üçün göstərilən kömək kimi qiymətləndirdiyini deyib: “
Yanvarın 25-də Azərbaycanın AŞ-na üzvlüyünün 10 ili tamam olur, 2011-ci ilin oktyabrında isə Azərbaycan öz müstəqilliyinin 20 illiyini qeyd edəcək. Bu müstəqilliyin tən yarısını Azərbaycan AŞ ailəsində keçirib. Demokratik islahatlar, hüquqi dövlət quruculuğu, insan haqlarına hörmət baxımından hansı irəliləyişlərə nail olmuşuqsa, bunların hamısında AŞ-nın danılmaz rolu var”.

R. Hüseynovun Azərbaycanın müstəqillik dövründə 4 parlament seçkisi keçirildiyini deyib: “Bütün bu seçkilərdə iştirak edən şəxs kimi deyə bilərəm ki, hər yeni seçkidə Azərbaycan vətəndaşlarının ictimai fəallığının nə qədər artığının, Azərbaycan dövlətinin seçkiləri beynəlxalq standartlara bir qədər də uyğunlaşdırmaq səmtində necə inadkar olduğunu görməmək mümkün deyil. Mən və nümayəndə heyətimizin digər üzvləri də bir sıra üzv ölkələrdə keçirilmiş parlament və prezident seçkilərini AŞ təmsilçisi olaraq müşahidə etmişik. Azərbaycanın uğurları bu böyük kontekstdə nəzərdən keçirilib ayrı-ayrı ölkələrlə müqayisə edilərkən də açıq-aşkar duyulur”.

R. Hüseynov deyib ki, Azərbaycanda keçirilmiş son parlament seçkiləri demokratik dəyərlərə sadiqliyin daha bir ifadəsi olub: “Biz bu gün bir daha elan edirik ki, Azərbaycan demokratiya yolu ilə sonacan gedəcək. Amma dünyada elə bir ölkə varmı ki, bu yolun sonuna gedib çatmış olduğunu iddia edə bilsin?”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR