AŞ baş katibi azərbaycanlı deputatların suallarını cavablandırıb

AŞ baş katibi azərbaycanlı deputatların suallarını cavablandırıb
# 24 yanvar 2011 20:49 (UTC +04:00)
APA-nın Avropa bürosunun xəbərinə görə, Q. Paşayeva AŞPA-nın 1416 saylı qətnamə qəbul etdiyini, amma indiyə kimi bu qətnamənin müddəalarının yerinə yetirilmədiyini xatırladıb. Həmçinin Ermənistandakı 2008-ci il hadisələrinə dair də qurumun qətnaməsi olsa da, Ermənistan buna da məhəl qoymayıb: “Nəyə görə ermənilər tərəfindən insan haqlarına qarşı edilən bu ciddi pozuntulara AŞ tolerantlıq göstərir?”

AŞ baş katibi bu münaqişənin həll edilməsi ilə AŞ-nın məşğul olmadığını deyib: “Bu problemlə ATƏT-in Minsk qrupu məşğul olur və bu məsələdə onlar qərar vermək iqtidarındadır. Çıxışımda qeyd etdiyim kimi, qanunun aliliyi prinsipi Avropada münaqişələrin həll edilməsinin ayrılmaz hissəsini təşkil edir. Bu prinsipə insan haqlarına hörmət etmək istiqamətində bir vasitə kimi daha çox diqqət yetirmək lazımdır. Bu prinsip əlbəttə ki, Avropada bir çox “dondurulmuş münaqişələr”in həll edilməsinə kömək edə biləcək sülh strategiyasının tərkibinə daxildir. Bu gün AŞ bu münaqişənin həllində hələ ki, birbaşa rol oynamır”.

Daha sonra Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da AŞ baş katibinə sual verib.

R. Hüseynov isə baş katibə AŞPA-nın Dağlıq Qarabağla bağlı yaratdığı alt komitənin fəaliyyətinə Ermənistanın müxtəlif vasitələrlə mane olmağa çalışdığını deyib və buna baş katibin münasibətini soruşub.

Baş katib bildirib ki, AŞ-nın problemin həlli üçün hökumətlərarası səviyyədə işlək mexanizmi yoxdur: “Biz əsas diqqəti ona yetirməliyik ki, hər iki dövlətdə hüququn aliliyi və mətbuat azadlığı çox vacib məqamdır. Münaqişəyə dair növbəti qərarlarımızın qəbulu zamanı hüququn aliliyi və mətbuat azadlığı onların əsasını təşkil edəcək. Əgər tarixə nəzər salsaq görərik ki, demokratiya, insan hüquqları olan ölkələrdə sülh quruculuğu daha asan başa gəlir. Münaqişədə olan hər iki tərəfdə bu dediklərim dəyərlər daha da yaxşılaşdırsa, o zaman münaqişənin həllinə yaxınlaşa bilərik. Ümid edirəm ki, Minsk prosesində iştirak edən ölkələr bizim təşkilatın qoruduğu dəyər və öhdəliklərə daha çox diqqət ayıra biləcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR