TürkPA İslam Konfransı Təşkilatı Parlament İttifaqında müşahidəçi statusu alıb

TürkPA İslam Konfransı Təşkilatı Parlament İttifaqında müşahidəçi statusu alıb
# 25 yanvar 2011 10:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) İslam Konfransı Təşkilatı (İKT) Parlament İttifaqına müşahidəçi statusu ilə üzv qəbul olunub. bu barədə APA-ya TürkPA Beynəlxalq Katibliyinin mətbuat xidmətindən məlumat verilib.

Yanvarın 18-19-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilmiş İKT Parlament İttifaqının 13-cü plenar sessiyasında TürkPA-nın müşahidəçi statusu ilə bağlı müraciətinə baxılıb. Siyasi komitənin verdiyi müsbət rəy nəticəsində müraciət plenar sessiyada səsverməyə çıxarılıb və yekdilliklə TürkPA İKT Parlament İttifaqına müşahidəçi statusu ilə qəbul olunub.

Bununla da TürkPA, Beynəlxalq Parlamentlər Ittifaqı, ATƏT Parlament Assambleyasından sonra üçüncü nüfuzlu təşkilat olaraq İKT Parlament İttifaqı ilə əməkdaşlığın yeni mərhələsinə qədəm qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR