Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı NATO-nun konfransında çıxış edib - FOTO

Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı NATO-nun konfransında çıxış edib - <font color=red>FOTO</font>
# 25 yanvar 2011 10:54 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Yanvarın 19-20-də Türkiyənin paytaxtı Ankarada NATO-nun Terrorçuluqla Mübarizə Mərkəzinin təşkilatçılığı ilə “Enerji təhlükəsizliyi” mövzusunda konfrans keçirilib. APA-nın xəbərinə görə, konfransda Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Gülmira Rzayeva da iştirak edib.

G. Rzayeva çıxışında bildirib ki, enerji istehsalçıları ilə istehlakçılarının maraqları fərqlənir. Belə ki, Azərbaycan istehsalçı ölkə kimi müxtəlif bazarlara təbii qaz çıxarmaqda maraqlıdır. Azərbaycanın qaz ixrac etdiyi ölkələrin maraqları isə bir-biri ilə toqquşur, ona görə də Bakı bölgədəki bütün oyunçuların maraqlarının uzlaşdırılması siyasəti yeridir. Ekspert deyib ki, müxtəlif istiqamətlərə qaz ixrac etmək imkanları olsa da, Azərbaycan üçün prioritet bazar 500 milyon istehlakçının olduğu Avropadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR