Azərbaycanın İtaliyadakı səfiri yazıçı Məhəmməd Əsəd bəyin Pozitano şəhərindəki məzarını və yaşadığı evi ziyarət edib

Azərbaycanın İtaliyadakı səfiri yazıçı Məhəmməd Əsəd bəyin Pozitano şəhərindəki məzarını və yaşadığı evi ziyarət edib
# 25 yanvar 2011 12:08 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov “Əli və Nino” əsərinin müəllifi, Qurban Səid təxəllüsü ilə tanınan məşhur Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəyin dəfn edildiyi İtaliyanın Pozitano şəhərində səfərdə olub. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı Pozitano şəhərinin meri Mikele De Luçia və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib, şəhər merinin müşayiəti ilə Əsəd bəyin yaşadığı ev və məzarı ziyarət edilib.

Mikele De Luçia 1938-42-ci illərdə Salerno vilayətinin Pozitano şəhərində yaşamış Əsəd bəyin şəhər sakinləri üçün dəyərini vurğulayaraq onun yerli əhali tərəfindən böyük hörmətlə anıldığını söyləyib. M. De Luçia Əsəd bəyin iki xalq arasında mənəvi körpü yaratdığından Pozitano sakinlərinin Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi arzusunda olduqlarını bildirib. Səfir Vaqif Sadıqov cavabında Azərbaycan xalqının Əsəd bəyin ömrünün son illərində Pozitano sakinləri tərəfindən ona göstərilən qayğı və diqqətdən xəbərdar olduğunu deyərək Pozitano sakinlərinə təşəkkür edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR