Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
# 25 yanvar 2011 14:15 (UTC +04:00)
APA-nın XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvar ayının ortalarından başlayaraq Tunisdə hökumət əleyhinə kütləvi nümayişlər və iğtişaşlar keçirilir. Kütləvi iğtişaşlar nəticəsində çoxlu sayda insan həlak olub və yaralanıb. Tunis hökuməti 14 yanvar 2011-ci il tarixdən bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib, saat 18:00-dan 05:00-dək ölkədə küçəyə çıxmağa məhdudiyyət qoyulub.
XİN-in xəbərdarlığında daha sonra deyilir: “Odur ki, Tunisə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına yuxarıda qeyd edilən məsələləri nəzərə almaları və ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları tövsiyə olunur. Tunisdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və iğtişaşlara qarışmamaları, yaranmış hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycanın Mərakeş Krallığındakı səfirliyinə və səfirliyin Tunisdəki ofisinə müraciət etmələri tövsiyə olunur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR