Lalə Şövkət Norveç səfiri ilə görüşüb

Lalə Şövkət Norveç səfiri ilə görüşüb
# 25 yanvar 2011 14:44 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Azərbaycan Liberal Partiyasının (ALP) lideri professor Lalə Şövkət Norveçin Azərbaycandakı səfiri Erling Şönsberq və Norveç səfirliyinin birinci katibi Lars Hanseni qəbul edib. Bu barədə APA-ya ALP-nin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanda parlament seçkisindən sonra yaranmış ictimai-siyasi vəziyyət, müxalifətdaxili və iqtidar-müxalifət münasibətləri, demokratiya və insan hüquqları ilə bağlı problemlər, regionda durum, geosiyasi və digər məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR