Azərbaycanın Batumidəki Baş Konsulluğundan binasında Azərbaycanın dövlət bayrağının ucaldılması mərasimi keçirilib

Azərbaycanın Batumidəki Baş Konsulluğundan binasında Azərbaycanın dövlət bayrağının ucaldılması mərasimi keçirilib
# 26 yanvar 2011 13:31 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğunun binasında təmir işlərinin başa çatması ilə əlaqədar cari ilin 24 yanvar tarixində Baş Konsulluğun üzərində Azərbaycanın dövlət bayrağının ucaldılması mərasimi keçirilib. Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidze, maliyyə və iqtisadiyyat naziri Vaja Bolkvadze, Batumi şəhərinin meri Robert Çxaidze, habelə ARDNŞ tərəfindən yeni inşa edilmiş yanacaqdoldurma məntəqəsinin təməlatma mərasimi ilə əlaqədar Batumi şəhərində qısamüddətli səfərdə olan ARDNŞ prezidenti Rövnəq Abdullayev və yerli mətbuat təmsilçiləri iştirak ediblər.

Baş konsul Hüseyn Nəcəfov qonaqlara binada aparılmış təmir işləri barədə məlumat verərək konsulluğun tələblərinə uyğun bəzi yenidənqurma işlərinin həyata keçirildiyini diqqətə çatdırıb.

Dövlət bayrağının ucaldılması mərasimi qonaqlar tərəfindən səmimi alqışlarla qarşılanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR