AŞPA-da Qənirə Paşayevanın Xocalı soyqırımı haqqında hazırladığı və 25-dən artıq parlamentarın imzaladığı sənəd yayılıb

AŞPA-da Qənirə Paşayevanın Xocalı soyqırımı haqqında hazırladığı və 25-dən artıq parlamentarın imzaladığı sənəd yayılıb
# 27 yanvar 2011 14:19 (UTC +04:00)
APA-nın Avropa bürosunun xəbərinə görə, sənəddə deyilir: “Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli, faciəli səhifələrindən biridir. 19 il bundan əvvəl - 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın yardımı ilə Azərbaycanın Xocalı şəhərini işğal etdi və yüzlərlə günahsız insanı etnik mənsubiyyətinə gərə vəhşicəsinə qətlə yetirərək soyqırım törətdi. Bu soyqırım zamanı 613 insan - 106 qadın, 63 uşaq və 70 yaşlı insan vəhşicəsinə qətlə yetirildi, təxminən 1000-ə yaxın mülki vətəndaş əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər ikisini itirdi. 1275 mülki vətəndaş əsir alındı. 150 insan haqqında hələ də məlumat yoxdur. Bu hadisələr nəticəsində Xocalı şəhəri tamamilə dağıdılaraq məhv edildi. Sadalanan faktlar bəşəriyyətə qarşı törədilmiş bu cinayətə düzgün və ədalətli siyasi-hüquqi qiymət verilməsini tələb edir”.

Sənəd haqqında APA-ya açıqlama verən Qənirə Paşayeva bu yazılı bəyannamənin AŞPA-da yayılması ilə yanaşı, assambleyanın iclasında da elan edildiyini bildirib: “Azərbaycan nümayəndə heyətinin üzvləri assambleyanın iclasında Xocalı soyqırımı mövzusunu qaldırıb, millət vəkillərinə bu barədə ətraflı məlumat verilib, Heydər Əliyev Fondunun hazırladığı kitablardakı fotolar çıxışlar zamanı parlamentarlara göstərilib. Azərbaycanlı millət vəkilləri Xocalıda azərbaycanlılara qarşı törədilmiş bu soyqırımın insanlığa qarşı böyük bir cinayət kimi tanınması və bu cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi üçün AŞPA-nın da səylərini gücləndirməsinin vacibliyi vurğulayıblar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR