Azərbaycan prezidenti Davosda İsveçrə prezidenti ilə görüşüb

Azərbaycan prezidenti Davosda İsveçrə prezidenti ilə görüşüb
# 27 yanvar 2011 15:56 (UTC +04:00)
Bakı – Bakı. Azərbaycan prezidenti İlham Əliyev yanvarın 27-də Davosda İsveçrə Konfederasiyasının prezidenti, xanım Mişelin Kalmi Reylə görüşüb. APA-nın məlumatına görə, İsveçrə prezidenti Azərbaycanla enerji sahəsində əməkdaşlığın ölkəsi üçün önəmini qeyd edib. O, İsveçrənin Azərbaycanın müvafiq qurumları ilə uğurlu əməkdaşlıq etdiyini vurğulayaraq, Azərbaycanın ölkəsi üçün vacib tərəfdaş olduğunu bildirib. Xanım Mişelin Kalmi Rey “Cənub dəhlizi”nin inkişafında Azərbaycanın rolunu xüsusi vurğulayaraq, İsveçrənin Trans-Adriatik boru kəmərinə maraq göstərdiyini və bu layihəni dəstəklədiklərini diqqətə çatdırıb.

Prezident İlham Əliyev ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyini bildirib. Dövlət başçısı Azərbaycanın “Cənub dəhlizi”nə daxil olan layihələrə, o cümlədən Trans-Adriatik boru kəməri layihəsinə də dəstək verdiyini deyib.

Prezident enerji sahəsində Avropa İttifaqı ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edib və İsveçrənin “Cənub dəhlizi” layihələrinə maraq göstərməsindən razılığını bildirib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR