Azərbaycan prezidenti Avstriya-İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə naharında iştirak edib

Azərbaycan prezidenti Avstriya-İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə naharında iştirak edib
# 27 yanvar 2011 17:26 (UTC +04:00)
Bakı-APA. Prezident İlham Əliyev yanvarın 27-də Davosda 41-ci Dünya İqtisadi Forumu çərçivəsində Avstriya-İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə təşkil etdiyi nahar mərasimdə iştirak edib.
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, mərasimdə çıxış edən Avstriyanın federal kansleri Verner Fayman, Qazaxıstanın Baş naziri Kərim Məsimov, Ukrayna Prezidenti Viktor Yanukoviç və başqaları Dünya İqtisadi Forumunun mahiyyətinə diqqət çəkərək forumun iqtisadi-siyasi əlaqələrin qurulmasındakı əhəmiyyətindən danışdılar. Bildirildi ki, forumun gündəliyi genişdir və burada təmsil olunan dövlətlərin nümayəndələri müzakirələrə qatılaraq ölkələrində gedən proseslər, əldə olunan uğurlar barədə forum iştirakçılarına məlumat verə bilərlər.
Azərbaycan prezidenti İlham Əliyev mərasimdə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR