“Avronest” Belarusun iştirakı olmadan formalaşa bilər

“Avronest” Belarusun iştirakı olmadan formalaşa bilər
# 28 yanvar 2011 15:08 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. «Avronest» Belarusun iştirakı olmadan işə başlaya bilər. APA-nın Belarus mətbuatına istinadən verdiyi məlumatına görə, bunu Avropa Parlamentinin Belarusla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Yatsek Protaseviç bildirib.

O deyib ki, bu barədə «Şərq Tərəfdaşlığı» proqramının Parlament Assambleyasının rəyasət heyətinin bu proqrama üzv olan ölkələrin parlament nümayəndə heyətləri ilə görüşündə qərara alınıb. Görüşdə Belarus nümayəndələri iştirak etməyiblər.

Y. Protaseviçin sözlərinə görə, qərarı Avroparlamentin siyasi qruplarının rəhbərləri təsdiqləməlidirlər: “Onlar bunu etsələr, “Avronest”in ilk formal iclası Belarus nümayəndələri olmadan yaxın 2 ay ərzində keçirilə bilər.

O hesab edir ki, bu, düzgün qərardır, çünki “Avronest”in işinə mane olmur. Deputat deyib ki, ilk iclas Belarusun iştirakı olmadan keçirilə bilər. Sonra isə «Avronest» çərçivəsində Belarusa ayrılmış həmin 10 yeri vətəndaş cəmiyyətinin nümayəndələrinə verilməsi, yoxsa azad seçkilərin keçiriləcəyinə qədər boş saxlanması, yaxud 5 yeri müxalifətə verib, 5-nin isə tutulmamış saxlanması barədə qərara gəlmək olar.

Qeyd edək ki, «Avronest»-in Avropalamentin 60 deputatından və «Şərq Tərəfdaşlığı»na üzv 6 ölkənin hər birindən 10 nümayəndədən formalaşacağı nəzərdə tutulur. Belarusla bağlı müxtəlif variantlar müzakirə olunsa da, bu ideyalar hələlik nə rəsmi Minski, nə də bir sıra Avropa İttifaqı ölkələrini qane edib. Buna görə də hələlik «Avronest»in iclası keçirilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR