Prezident İlham Əliyev “Avropanın enerji gələcəyi” mövzusunda sessiyada iştirak edib

Prezident İlham Əliyev “Avropanın enerji gələcəyi” mövzusunda sessiyada iştirak edib
# 28 yanvar 2011 18:27 (UTC +04:00)
İsveçrənin kurort şəhəri Davosda 41-ci Dünya İqtisadi Forumunun illik toplantısı işini davam etdirir. Yanvarın 28-də Forumun “Avropanın enerji gələcəyi” mövzusunda sessiyası keçirilib.
Bu sessiyada Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

“Yeni reallıq üçün ümumi normalar” devizi altında keçirilən builki toplantıda bir-biri ilə sıx bağlı olan yeni reallığa cavab, iqtisadi perspektivlər və hərtərəfli inkişaf siyasətinin müəyyənləşdirilməsi, “Böyük 20”-liyin gündəliyinin dəstəklənməsi, qlobal risklərdən qorunma şəbəkəsinin yaradılması kimi məsələlər ehtiva edilir. Əsas diqqət qlobal risklər, onların yüngülləşdirilməsi ilə bağlı strategiyaların hazırlanmasına yönəldilir.
Sessiyada çıxış edən prezident İlham Əliyev Avropanın enerji təhlükəsizliyi sistemində Azərbaycanın rolundan bəhs edib. Dövlət başçısı Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı, “Cənub dəhlizi” çərçivəsində nəzərdə tutulan layihələrin perspektivləri və digər məsələlər barədə danışıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR