Bakıda Azərbaycan-NATO Beynəlxalq Məktəbinin qış sessiyası başlayıb

Bakıda Azərbaycan-NATO Beynəlxalq Məktəbinin qış sessiyası başlayıb
# 31 yanvar 2011 08:27 (UTC +04:00)
APA-nın məlumatına görə, sessiyanın əsas mövzusu “NATO-nun yeni strateji konsepsiyası: qavrama və çağırışlar”dır. Tədbirdə Rumıniyanın Azərbaycandakı səfiri, NATO-nun ölkəmizdəki koordinatoru Nikolae Ureki və NATO Baş Qərargahının regional təhlükəsizlik və əməkdaşlıq departamentinin direktoru, general Karlos Blanko giriş nitqi ilə çıxış ediblər.

Tədbiri açıq elan edən Rumıniya səfiri Nikolae Ureki bildirib ki, hərbi alyans Azərbaycanın NATO ilə aktiv dialoqunu dəstəkləyir: “NATO-nun Lissabon sammiti tarixi xarakter daşıyıb, bu sammitdə yaxın 10 il üçün fəaliyyət planı qəbul olunub. Azərbaycanın NATO ilə əməkdaşlığını və alyansın sülhməramlı missiyalarına verdiyi töhfəni alqışlayırıq. NATO çox seleksiyaçı təşkilatdır, alyansın yeni üzvlərin qəbuluna dair sərt kriteriləri var. Fəxr edirəm ki, son 5 il ərzində azərbaycanlı ekspertlər NATO-nun 100-dən artıq müxtəlif tədbirində iştirak ediblər. Azərbaycan həmçinin enerji təhlükəsizliyində də mühüm rol oynayır”.

Səfir son iki il ərzində rəhbərlik etdiyi diplomatik missiyanın çox aktiv fəaliyyət göstərdiyini deyib: “Biz NATO-nun Azərbaycandakı siyasətini təqdim etməyə can atırıq. Ötən il səfirliyimiz bu istiqamətdə 24 müxtəlif tədbir keçirib”.

Daha sonra Almaniyanın NATO-da daimi missiyasının siyasi şöbəsinin rəhbəri Casper Viek dinləyicilərə Lissabon sammitində qəbul olunan yeni strateji konsepsiyanın mühümlüyü və qarşısı alınması vacib olan çağırışlar barədə məlumat verib.

Xatırladaq ki, sessiya fevralın 6-da başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR