ABŞ-da Qafqaz regionunun müasir problemləri müzakirə olunacaq

ABŞ-da Qafqaz regionunun müasir problemləri müzakirə olunacaq
# 02 fevral 2011 07:22 (UTC +04:00)
Bakı-APA. Fevralın 4-5-də ABŞ-ın Sent-Luis şəhərində Vaşinqton Universitetinin təşkilatçılığı ilə “Dünya regionları: Qafqazdakı çətinliklər” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən (SAM) bildirilib. Tədbirdə SAM-ın aparıcı elmi işçisi Rauf Qaragözov qatılacaq. SAM-ın elmi işçisi konfransda “Dağlıq Qarabağ misalında etno-siyasi konfliktin kollektiv yaddaşı” adlı məruzə ilə çıxış edəcək, daha sonra isə Vaşinqton Universitetinin tələbələri üçün “Dağlıq Qarabağ misalında tarixi təhkiyələr və sosial hədəflər” mövzusunda seminar keçirəcək.

Konfransın keçirilməsində əsas məqsəd Vaşinqton Universitetinin professor, müəllim və tələbə heyətini Qafqaz regionunun mədəniyyəti, tarixi və qarşılaşdığı müasir problemlərlə tanış etməkdən ibarətdir. Tədbirdə kollektiv yaddaş, münaqişələrin həlli, regionşünaslıq, beynəlxalq münasibətlər sahələri üzrə dünyanın aparıcı mütəxəssisləri iştirak edəcək. Qeyd olunub ki, Vaşinqton Universitetində kollektiv yaddaş məsələlərinin araşdırılması sahəsi üzrə nüfuzlu elmi məktəblərdən biri yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR