Azərbaycan səfiri: “İordaniyada vəziyyət tam sabitdir”

Azərbaycan səfiri: “İordaniyada vəziyyət tam sabitdir”
# 02 fevral 2011 07:23 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan İordaniyadakı səfiri Elman Araslı deyib. O bildirib ki, səfirlik işini adi qaydada davam etdirir: “Səfirliyin əməkdaşlarının və onların ailə üzvlərinin, habelə İordaniyada yaşayan azərbaycanlıların həyatına heç bir təhlükə yoxdur. Paytaxtın küçələrində, mühüm dövlət obyektlərinin qarşısında mühafizə adi rejimdə çalışır. Hava limanları normal rejimdə işləyir, ölkəyə turistlər gəlməyə davam edir”.

E. Araslının sözlərinə görə, bir neçə həftədir yalnız cümə xütbəsindən sonra bir qrup insan dinc aksiyalar keçirərək öz tələblərini səsləndirir və bir neçə saatdan sonra dağılışır: “Onların narazılığı ölkədə hökm sürən sistemə və siyasi rejimə, hakim sülaləyə qarşı deyil, əsasən hökumətə qarşı yönəlib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR