Sabir Rüstəmxanlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin tədbirinə qatılacaq

Sabir Rüstəmxanlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin tədbirinə qatılacaq
# 02 fevral 2011 14:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin deputatı Sabir Rüstəmxanlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə İsveçrədə keçiriləcək tədbirə qatılacaq. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

BQXK-nın Şərqi Avropa və Mərkəzi Asiyadakı əməliyyatlarının rəhbəri xanım Paskal Meij-Vagnerin dəvəti ilə fevralın 3-də başlayacaq üç günlük səfər çərçivəsində S. Rüstəmxanlı “Sülhün yaranmasında qadınların rolu” mövzusunda keçiriləcək müzakirələrdə iştirak edəcək. Ötən il Brüsseldə, Tiflisdə və Bakıda təşkil olunmuş görüşlərin davamı kimi nəzərdə tutulan bu tədbirdə itkin düşmüş insanların taleyi ilə bağlı məsələ ətrafında fikir mübadiləsi aparılacaq.

Millət vəkili məsələ ilə əlaqədar fikirlərini açıqlayacaq, Azərbaycanda bu istiqamətdə görülən işlər barədə məlumat verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR