Türkiyənin ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Vaşinqtonda türk-erməni dostluq konserti keçirilib

Türkiyənin ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Vaşinqtonda türk-erməni dostluq konserti keçirilib
# 04 fevral 2011 08:56 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. Türk və erməni musiqiçiləri Vaşinqtonda dostluq konserti veriblər. APA-nın Vaşinqton bürosunun məlumatına görə, konsert Türkiyənin ABŞ-dakı səfirliyi və diaspora tərəfindən təşkil olunub.
Tədbirin ən mübahisə doğuran anı “Sarı Gəlin”in ifasının qətlə yetirilmiş erməni jurnalist Hrant Dinkə ithaf olunması ilə bağlıdır. Gənc musiqiçilər Əhməd Adnan Sayqının, Edqar Manasın, Dikran Kukasiyanın əsərlərini ifa ediblər.

ABŞ-ın Türkiyəyə yeni təyin olunmuş səfiri Namik Tan və xanımı da konsertdə iştirak ediblər. “Mədəni irsi bölüşmək bir-birini anlamaq üçün ən yaxşı yoldur”, - deyə N. Tan bildirib.

N. Tanın sözlərinə görə, Ermənistanın ABŞ-dakı səfiri də tədbirə dəvət olunsa da, konsertə gəlməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR